Araşdırmaçı Jurnalist Agentliyi

İctimai birlik layihə çərçivəsində valideynləri bir araya topladı-FOTOLAR

0 189

Mingəçevirdə  04 avqust 2023-cü il tarixdə  “ Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək ”ictimai Birliyinin Azərbaycan Respublikasının  QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı həyata keçirdiyi  Sağlamlıq İmkanları Məhdud olan uşaqların sosial reabilitasiya  məsələləri və valideynlərin maarifləndirilməsi “adlı layihənin  fəaliyyət planına uyğun olaraq valideynlərlə ilk görüş keçirilib.

 Azbelediyye.az-a verilən məlumata görə görüşü layihə rəhbəri Eyyub Həsənov açaraq bildirdi ki,  “uşaqlar bizim gələcəyimizdir”  deyimi səbəbsizdeyil.  Gələcəyimizin necə olması uşaqlardan , onların tərbiyəsindən asılıdır. Tərbiyə təkcə  bağçada , məktəbdə verilmir. Onun böyük bir hissəsi ailədə formalaşır. Müəllim –ailə münasibətləri nə qədər düzgün qurulsa, nə qədər sıx əlaqəli olsa ondan uşaqlarımız da faydalana bilərlər.  Bu səbəbdən  layihə  valideynlərin uaqların tərbiyəsində rolunu gücləndirmək, xüsusən də inkluzv təhsilə ehtiyac olan uşaqların valideynlərin uşaqlarla psixoloji münasibətlərin qurulması yönümündə onlara lazımı biliklərin verilməkl marifləndirməsi  məqsədi daşıyır.

Təlimdə iştirak edən təcrübəli pedoqoq – mütəxəssis Dilşad İlyasova qüsurlu uşaqların bağçada tərbiyəsindən, valideynlərin baxça müəllimləri ilə münasibətndən, bu sahədə olan çətinliklərindən və onların aradan qaldırılmasından danışdı.Layihədə iştirak edən psixoloq mütəxəssis Reyhan Allahverdiyeva çətin tərbiyə olunan, xüsusi qayğıya ehtiyacı olan uşaqların uşaq bağçalarında və ailədə psixoloji durumundan, onlara xüsusi həssas münasibətin olmasının vacibliyindən danışıb.

Valideynlərin sualları əsasında uşaqların cəzalandırması məsələsinə toxunaqraq onların cəzalandırılmasında telefondan tam təcrid etməyi düzgün saymayıb. Uşaqların az da olsa (1 saata kimi) telefondan istifadə etməsi, bu vaxta sərhəd qoyulması, onları məlumat  mənbəyindən istifadəsinə nəzarət etməyi məsləhət bilib.

Tədbirdə iştirakçıalar onları maraqlandıran suallarla, təkliflərlə çıxış ediblər. İnkluziv təhsil haqqında  qnunvericiliklə bağlı və digər suallar  cavablandırılıb. İştirakçıların təklifləri, fikirləri yazılı surətdə toplanıb və növbəti  görüşdə təhlil edilərək cavablandırılacağı bildirilib.

Çay süfrəsi ətrafında davam  müzakirələr maraqlı olmaqla yanaşı, həm də gələcəkdə atılması vacib olan digər addımların müəyyənləşməsi baxımından faydalı hesab olunub.

Qeyd edək ki,layihənin məqsədi ölkəmizdə ailə, qadın, uşaq və inküliziv təhsil məsələlərinin aktuallığını gündəmə gətirməklə cəmiyətimizdə ailə dəyərlərinin təşviqi və valideyn məsuliyyətinin artırılmasının təbliği sahəsində gənclərin, xüsusilə də, gənc ailələrin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etmək,habelə ailələrin dağılmasına və boşanmaların artmasına səbəb olan problemlərin qarşısını almaq istiqamətdə profilaktik   tədbirlərin həyata keçirilməsindən ibarətdir.

Layihə çərçivəsində qarşıya qoyulan əsas vəzifələr isə aşağıdakılardır:

   •  Ailə münasibətlərinin öyrənilməsi ilə bağlı araşdırmaların aparılması;
•  Çətin tərbiyə olunan və inklüziv təhsilə ehtiyaı olan uşaqların ailələrini müəyyənləşdirmək
•  Belə ailələrdə ailə dəyərləri, valideyn məsuliyyətinin artırılması sahəsində təbliat, təşviqat işləri aparmaq
•  Ailə və uşaq hüquqları haqda qanunların təbliği
•  Araşdımalar çərçivəsində təhlillərin aparılması:
•  Qanunlara istinad etmək

Kanal32.az 

Leave A Reply

Your email address will not be published.