Araşdırmaçı Jurnalist Agentliyi

Nə üçün başqalarında qüsur axtarırıq?-PSİXOLOQ RƏYİ

0 169

Hər kəs fərd olaraq dünyaya gəlir və sosial normaları mənimsəyərək şəxsiyyətə çevrilir.Gəlin görək hər kəs özünü cəmiyyətdə şəxsiyyət olaraq təsdiq edə bilirmi? Edə bilmirsə, səbəb nədir? Ümumiyyətlə, biz özümüzü təsdiq etmək məcburiyyətindəyikmi?

Bizi nə məcbur edir ki, sübut etməyə çalışırıq ki,mən doğru insanam,mənim fikirlərimə diqqət edilsin,hər kəs tərəfindən qəbul edilm. Əslində biz özümüzü başqalarına sübut etmək məcburiyyətində deyilik.Bizim insan olaraq mükəmməl olmağımız mümkün deyil.Əlbəttə ki səhvlərimiz olacaq.Biz doğru və yanlışlarımızla özümüz ola bilərik.Nə qədər ki,qüsursuz olmağa can atacağıq, mütləq başqalarında qüsur tapacağıq.İnsanlar öz səhvlerinə haqq qazandırmaq üçün mütləq başqalarını günahlandırır.

Adətən valideynlərdən uşaqları haqqında soruşanda deyir: “Əslində uşaq yaxşı uşaqdır,digər uşaqlara qoşulduğu üçün belə edir”. Digər uşaqların valideynləri də digər uşaqları günahkar hesab edirlər.Bəlkə hər şeyin səbəbini özümüzdə axtaraq…?Özumüzdə nəyi düzəldə bilmirik ki,başqalarında qüsur axtarırıq.Bizdə nə əskik ki,başqalarının tamlığını kölgə altına salırıq.Əgər başqalarının uğurları bizi narahat edirsə, bunun mütləq dərin bir səbəbi vardır.Hansı ki,o səbəb bizim uşaqlığımızdan qaynaqlanır.Ta körpəlikdən yasadıqlarımız travma olaraq yolumuza əngəl olur.İnsanlarda özgüvən əskikliyi başqalarının da həyatına mane olur.Öz reallığı ilə barışmayan özündən bu və ya digər mənada üstün olanları əzməyə çalışacaqdır.

Bəs çıxış yolu nədir? Uşaqları düzgün şəkildə tərbiyə etmək lazımdır. Onların kiçik uğurlarını qiymətləndirib,səhvlərini həlim şəkildə izah etmək lazımdır.Usaqlarınızı xalxın uşaqları ilə müqayisə edib aşağılamaqdan çəkinmək lazımdır.Uşaqlarınızı real olanları ilə barışmağı öyrədin.Çünki özgüvən həm də insanın özü ilə barışmasıdır. İnsan o zaman insanlığı dərk edir ki,başqalarını olduğu kimi görür.Nə qədər ki,başqalarını əzib özümüz öndə olmağa çalışacağıq heç nəyi düzəldə bilməyəcəyik… Və heç vaxt xoşbəxt ola bilməyəcəyik.Xosbəxt olmağın yeganə yolu heç kimdə qüsur gəzməməkdir Psixologi durumu normal olan biri digər birində nöqsan axtarmaz.O insan rahat həyat yaşayır ki,heç kəsi müzakirə etmir.

Zülfiyyə Quliyeva(Əsədova),

Psixoloq

/Kanal32.az/

Leave A Reply

Your email address will not be published.