Mingəçevir Dövlət Dram Teatrı bu dəfə azyaşıları sevindirib-FOTOLAR

Mingəçevir teatrı “Odunçunun nağılı” tamaşasını uşaqlara təqdim edib.

Kanal32.az-a verilən məlumata görə Mingəçevir Dövlət Dram Teatrında Azərbaycan Respublikasının əməkdar artisti, aktyor Rəhman Rəhmanovun “Odunçunun nağılı” pyesi əsasında səhnələşdirilmiş eyniadlı kukla tamaşası nümayiş olunub.

Tamaşaya olan təlabatı nəzərə alınaraq gün ərzində 2-ci seans da təşkil olunub.

Uşaqlar və aşağı sinif şagirdləri üçün hazırlanan tamaşa rəngarəng tərtibat və geyimi, cəlbedici rejissor yozumu, baxımlı aktyor oyunu və oynaq musiqisi ilə seçilib.

Kanal32.az