Araşdırmaçı Jurnalist Agentliyi

ASC sədri Vüqar Əhmədov köçkünlərin evlərini əlindən alır-VİDEO+FOTO

0 529
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Mingəçevir şəhərində köçkünlərə sözün əsl mənasında qənim kəsilib.
Azbelediyye.az saytına (Azərbaycan Bələdiyyəsi” onlayın qəzetinə) müraciət edən Mingəçevir şəhərində yaşayan Cəbrayıl rayonunun sakini 75 yaşlı Əliyev Fərhad Şirin oğlu bildirib ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun göstərişi ilə 1993-cü ildən yaşadığı və öz vəsaiti hesabına tikdiyi evi əlindən alınır.
Şikayətçinin iddiasına görə, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov  şəhərin Sağ sahil hissəsində Heydər Hüseynov küçəsində yaşayan Kəlbəcər rayonunun Əsirik kənd sakini Bəhramov Qoşqar Kostan oğlunun ardınca indi də Cəbrayıl rayonunun sakini 75 yaşlı Əliyev Fərhad Şirin oğlunu yaşadığı şəxsi evindən çıxarır. Konkret desək, min-bir əziyyətlə öz vəsaiti hesabına tikdiyi evi, saldığı bağı əlindən almaq və onu oradan köçürmək istəyir.
Guya həmin ərazidən yüksək gərginlikli elektirik xətləri çəkiləcək. Amma nədənsə, bu xətlər yalnız məcburi köçkün ailərinin evinə düşür.
75 yaşlı Əliyev Fərhad Şirin oğlu şəhər rəhbərinin bu məsələdə gücsüz olduğunu və ona heç bir köməyi dəyməyəcəyini bildiyi üçün ölkə rəhbəri cənab İlham Əliyevə videomüraciət ünvanlayıb:
Həmin müraciəti təqdim edirik:
https://www.youtube.com/watch?v=LnIX91n6hGs
Qeyd edək ki, kiçik bir araşdırma zamanı məlum oldu ki, əslində “dərd” başqa “dərddir”. Belə ki, son illərdə sürətlə oliqarxlaşan cənab Əhmədov  həmin ərazidə özünə bahalı bağ evi alıb və bu “ağ adam” ətrafında-qonşuluğunda özü kimi də “ağ adam”ların olmasını istəyir. Yoxsa, məcburi köçkündən ona qonşu olmaz. Axı Vüqar müəllimin evinə ali qonaqlar, nazirlər, oliqarxlar gələcək. Onada da kişi dostlarının yanında utanacaq. Ona görə də ən yaxşı yol arxasız məcburi kpçkünləri müxtəlif təzyiqlər vasitəsi ilə ərazidən çıxamaq və evlərini, torpaqlarını əlindən almaqdır.
 
                                        -Vüqar Əhmədovun həmin ərazidəki evi-
Hələ bu azmış kimi məcburi köçkün Əliyev Fərhad Şirin oğluna məxsus bağı sahəsini də viran qoydurub.Həmçinin, ağaclara qarşı amansızcasına “qətliam” törədilib.
Maraqlıdır, görəsən orada-burada quru budaq kəsənləri güdən 8 saylı Ərazi Ekologiya və Təbi Sərvətlər İdarəsi 50-yə yaxın ağacın kəsilməsini nə əcəb görə bilmir? Yoxsa, özünü Mingəçevirin “kurator”u və ağsaqqalı hesab edən cənab Əhəmdovun qorxusu idarənin gözlərini bağlayıb?
Redaksiya olaraq  21 oktyabr 2022-ci il tarixdə saat 14:05, 14:22  və 17:23 radələrində “Azərişıq” ASC-dən rəsmi mövqe öyrənmək cəhdlərimiz boşa çıxıdı. Qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu zənglərimizi cavabsız qoydu.Gah telefonun dəstəyini qaldmadı, gah da telefon zənginə imtina verdi.
Bütün hallarda onların açqılamasını dərc etməyə hazırıq.
          
Müəllif: İxtiyar Həsənli
Reportyor: Elman Nəbi
Leave A Reply

Your email address will not be published.